Modern.az

İsrail 70 fələstinlini SAXLADI

İsrail 70 fələstinlini SAXLADI

Dünya

25 İyul 2026, 22:57

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) iyulun 25-də İordan çayının qərb sahilində yerləşən Yəhudeya və Samariya bölgəsində keçirdiyi əməliyyatlar zamanı terror fəaliyyətində şübhəli bilinən 70 fələstinlini saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, saxlanılan şəxslərin hamısı əlavə araşdırma aparılması üçün təhlükəsizlik orqanlarına təhvil verilib.

Məlumata əsasən, anti-terror əməliyyatları çərçivəsində təhlükəsizlik qüvvələri təxminən 200 nəfəri dindirib, eyni zamanda 300 ünvanda axtarış həyata keçirib.

Hərbçilər bildiriblər ki, saxlanılan şəxslərin bir qisminin HƏMAS hərəkatı ilə əlaqəsi olduğu ehtimal edilir.

Xatırladaq ki, iyulun 24-də Qərbi Şəriədə yerləşən İsrail postu yaxınlığında yəhudi məskunlaşanlarla fələstinlilər arasında qarşıdurma baş verib. Hadisə nəticəsində iki israilli hərbçi həyatını itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr