Modern.az

ABŞ-nin 11 təyyarəsi məhv edilib - SEPAH

ABŞ-nin 11 təyyarəsi məhv edilib - SEPAH

Dünya

Bu gün, 22:38

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhəbbə bildirib ki, iyulun 17-dən etibarən İran Silahlı Qüvvələri ABŞ-yə məxsus 11 hərbi hava vasitəsini yerdəcə məhv edib.

Modern.az xəbər verir ki, o, bu barədə Tasnim agentliyinə müsahibəsində danışıb.

Möhəbbənin sözlərinə görə, iyulun 17-dən bəri İran Silahlı Qüvvələri regionda yerləşən ABŞ hərbi bazalarında olan 11 qırıcı və digər hərbi təyyarəni sıradan çıxarıb.

O qeyd edib ki, məhv edilən texnikalar arasında bir ədəd F-15 qırıcısı, bir ədəd P-8 Poseidon uzaqmənzilli kəşfiyyat təyyarəsi, bir ədəd C-17 hərbi-nəqliyyat təyyarəsi, həmçinin səkkiz yanacaqdaşıyan təyyarə var.

SEPAH rəsmisi əlavə edib ki, İranın həyata keçirdiyi hücumlar zamanı 17 kəşfiyyat və döyüş təyinatlı pilotsuz uçuş aparatı da məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr