Rusiya Nikolayev limanındakı Ukrayna yük gəmisini vurduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Nikolayev limanında Ukraynaya məxsus yük gəmisinə zərbə endirildiyini bəyan edib.
Nazirliyin açıqlamasında bildirilir ki, havadan buraxılan yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilməklə Ukrayna Silahlı Qüvvələri üçün təchizat daşıdığı iddia olunan yük gəmisi hədəfə alınıb.
Məlumatda həmçinin Rusiya ordusunun Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus CV-90 sürətli desant gəmisinə də hücum etdiyi qeyd olunub.
Bundan əlavə, açıqlamaya əsasən, Çornomorsk limanında yerləşən hərbi təyinatlı yük anbarlarına da zərbələr endirilib.