Modern.az

Husilər Səudiyyə Ərəbistanını VURDU

Husilər Səudiyyə Ərəbistanını VURDU

Dünya

Bu gün, 10:28

Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının Hudeydə bölgəsinə endirdiyi hava hücumlarına cavab olaraq ölkə ərazisini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını bildiriblər.

Modern.az AP News-a istinadən xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Səri hücumların Qırmızı dəniz sahilində yerləşən Yanbu və Cizan şəhərlərindəki, Saudi Aramco şirkətinə məxsus neft obyektlərinə yönəldiyini açıqlayıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti hər iki şəhərdə hava həyəcanı siqnallarının səsləndiyini təsdiqləyib. Bununla yanaşı, hadisə nəticəsində dağıntı və ya insan tələfatı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Məlumata görə, hücumlar Qırmızı dəniz və Bab əl-Məndəb boğazında təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyi bir dövrdə baş verib. Strateji əhəmiyyət daşıyan bu boğaz dünya yük daşımalarının təxminən 12 faizinin həyata keçirildiyi əsas nəqliyyat marşrutlarından biri hesab olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr