Modern.az

İran iki həftədə ABŞ-yə 20 milyard dollar ziyan vurdu

İran iki həftədə ABŞ-yə 20 milyard dollar ziyan vurdu

Dünya

Bu gün, 15:59

İki həftə davam edən hərbi əməliyyatlar zamanı İranın ABŞ Silahlı Qüvvələrinə vurduğu ziyanın 20 milyard dollardan artıq olduğu iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibi açıqlama verib.

Bildirilib ki, iyulun 7-dən 31-dək İran Silahlı Qüvvələri regionda yerləşən ABŞ hərbi bazalarına qarşı silsilə zərbələr endirib. Hücumların komandanlıq məntəqələrini, hava hücumundan müdafiə sistemlərini, erkən xəbərdarlıq radarlarını, rabitə mərkəzlərini, silah-sursat və yanacaq anbarlarını, logistika obyektlərini, təyyarə anqarlarını, qırıcı təyyarələri, pilotsuz uçuş aparatlarını və digər hərbi avadanlıqları hədəf aldığı qeyd olunub.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin büdcə sənədləri və açıq mənbələrdə yer alan texniki göstəricilər əsasında aparılan təxmini hesablamalar nəticəsində dəyən ziyanın 20 milyard dollara çatdığı bildirilir. Bu məbləğin əhəmiyyətli hissəsinin ABŞ ordusunun hava hücumundan müdafiəsinin əsas elementlərindən sayılan "Patriot" zenit-raket komplekslərinin sıradan çıxması ilə əlaqəli olduğu vurğulanıb.

SEPAH nümayəndəsi əlavə edib ki, açıqlanan rəqəm təxmini xarakter daşıyır və ABŞ Silahlı Qüvvələrinin iqtisadi və hərbi itkilərinin ümumi miqyasını göstərmək məqsədi daşıyır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr