Modern.az

İraqın Baş naziri Türkiyəyə səfər edəcək

İraqın Baş naziri Türkiyəyə səfər edəcək

Dünya

27 İyul 2026, 18:32

İraqın Baş naziri Əli əl-Zeydi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyulun 28-də bu ölkəyə rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Səfər çərçivəsində təhlükəsizlik, ticarət, energetika, nəqliyyat və su ehtiyatlarının idarə olunması başda olmaqla, Türkiyə ilə İraq arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək.

Tərəflər, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri