Modern.az

Simonyan: Ermənistan Milli Assambleyanın yeni saytı istifadəyə verildi

Simonyan: Ermənistan Milli Assambleyanın yeni saytı istifadəyə verildi

Dünya

Bu gün, 22:51

Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan Milli Assambleyanın yeni rəsmi saytının istifadəyə verildiyini elan edib.

Modern.az xəbər verir ki, o, "Facebook" hesabında “Ermənistan Respublikası Milli Assambleyasının artıq yeni veb-saytı var” yazaraq saytın linkini paylaşıb.

Bu paylaşım diqqət çəkib. Çünki Simonyan yaxın vaxtlarda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının daxili səsverməsində parlament sədri postunu qoruyub saxlaya bilməyib. Partiya yeni spiker vəzifəsinə Ruben Rubinyanı namizəd göstərib. Simonyan isə sonradan açıqlamasında Milli Assambleyanın sədri kimi fəaliyyətini davam etdirmək istədiyini, lakin partiyanın qərarına hörmət etdiyini bildirib və yeni parlamentdə deputat mandatından da imtina edəcəyini açıqlayıb. 

Məhz bu fonda onun parlamentin rəsmi saytını sanki hələ də parlament rəhbəri kimi təqdim etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şərhlərdə istifadəçilərin bir qismi “Parlamentin sizə hər şeydən əvvəl ehtiyacı var”, “İndi Tiqran Torosyanın ürəyi gedəcək” kimi şərhlər yazıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr