Modern.az

Türkiyədən Ermənistana gedən dəmir yolunun bərpasına başlanıldı

Türkiyədən Ermənistana gedən dəmir yolunun bərpasına başlanıldı

Dünya

Bu gün, 11:58

Türkiyədə Gümrü şəhərinə uzanan dəmir yolu xəttinin bərpasına başlanılıb və layihənin 2-3 ay ərzində tamamlanması planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Akyaka şəhərinin meri Erduger Toptaş bildirib.

Onun sözlərinə görə, bərpa işlərinin iki-üç ay davam edəcəyi gözlənilir. Artıq Akyakadan Gümrüyə qədər uzanan hissədə, o cümlədən torpaq yolunun tikintisi ilə bağlı tender elan olunub.

Toptaş bildirib ki, dəmir yolu infrastrukturunun yenidən qurulması Türkiyə və Ermənistan üçün iqtisadi baxımdan faydalı olacaq.

Merin sözlərinə görə, layihə iki ölkə arasında kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq imkanlarının genişlənməsinə də şərait yaradacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Paşinyan Putinə yalvardı: Sərhəddəki məsələni həll edin