Modern.az

Ağ Ev: Trampın Zelenski və Netanyahu ilə görüşləri məhsuldar keçib

Ağ Ev: Trampın Zelenski və Netanyahu ilə görüşləri məhsuldar keçib

Dünya

28 İyul 2026, 23:42

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə keçirdiyi görüşlər müsbət və məhsuldar atmosferdə baş tutub.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt sosial şəbəkədə paylaşım edib.

“Prezident Tramp Oval kabinetdə Prezident Volodimir Zelenski və Baş nazir Benyamin Netanyahu ilə görüşlərini başa çatdırıb. Hər iki görüş müsbət və məhsuldar keçdi”, – deyə Livitt bildirib.

Ağ Ev görüşlərdə müzakirə olunan məsələlərin təfərrüatını açıqlamayıb. Bununla belə, danışıqlarda Ukraynadakı vəziyyət, Yaxın Şərqdə təhlükəsizlik və ABŞ-ın tərəfdaşları ilə əməkdaşlığının əsas müzakirə mövzuları olduğu gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?