Modern.az

Əlcəzair parlamentinə ilk dəfə qadın sədr seçildi

Əlcəzair parlamentinə ilk dəfə qadın sədr seçildi

Dünya

Bu gün, 13:16

Əlcəzair tarixində ilk dəfə parlamentin aşağı palatası olan Milli Xalq Assambleyasına qadın sədr seçilib.

Modern.az xəbər verir ki, bu barədə Le Figaro nəşri məlumat yayıb.

Məlumata görə, iyulun 28-də keçirilən səsvermədə Xalida Bufedeş Milli Xalq Assambleyasının sədri seçilərək ölkənin dördüncü ən yüksək vəzifəli şəxsi statusunu qazanıb.

Peşəcə allerqoloq olan Xalida Bufedeş paytaxt Əlcəzairin daxil olduğu Əlcəzair vilayətini parlamentdə təmsil edir. O, ölkənin müstəqillik hərəkatının əsas siyasi qüvvələrindən biri olmuş hakimyönlü Milli Azadlıq Cəbhəsinin (FLN) üzvüdür.

Nəşrin məlumatına görə, son parlament seçkilərində Milli Azadlıq Cəbhəsi 407 yerdən 91-ni qazanaraq ən çox mandat əldə edib. Seçkilərdə seçici fəallığı isə cəmi 21,24 faiz olub ki, bu da Əlcəzair tarixində ən aşağı göstərici hesab edilir.

Bununla yanaşı, parlamentə qadın sədr seçilməsinə baxmayaraq, qanunverici orqanda qadınların təmsilçiliyi aşağı səviyyədə qalır. Hazırda parlamentdə cəmi 25 qadın deputat var ki, bu da ümumi deputat sayının 6,14 faizini təşkil edir.

Sizə yeni x var
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR