Yaponiyada güclü istilər nəticəsində son bir həftədə 18,6 minə yaxın insan günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 45-i həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin təcili tibbi yardım xidmətinin fəaliyyətinə cavabdeh olan Daxili İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 20-26-sı tarixlərini əhatə edən dövrdə xəstəxanalara günvurma diaqnozu ilə 18 min 600-ə yaxın şəxs çatdırılıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 7,7 mindən çox artaraq 2026-cı ilin ən yüksək səviyyəsinə çatıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilənlərdən 710 nəfərdən çoxunun vəziyyəti ağır olduğundan onların üç həftədən artıq müalicə alması tələb olunub.
Zərərçəkənlərin təxminən 58 faizini yaşı 65-dən yuxarı olan şəxslər təşkil edir.
Qeyd edək ki, Yaponiyada iyulun 21-dən etibarən ardıcıl beş gün ərzində bəzi bölgələrdə havanın temperaturu 40 dərəcə Selsini keçib.