Almaniya Kansleri Fridrix Mertz bildirib ki, ölkəsinin İsrail qarşısında xüsusi tarixi məsuliyyəti var və bu səbəbdən Berlin İsrailə qarşı ümumi sanksiyaların tətbiqini dəstəkləməyəcək.
Modern.az xəbər verir ki, Mertz bu barədə açıqlamasında Almaniyanın mövqeyinin dəyişməz qalacağını vurğulayıb.
“Almaniyanın İsrail qarşısında xüsusi məsuliyyəti var. Biz İsrailə qarşı ümumi sanksiyalar rejiminin tətbiqini dəstəkləyə bilmərik və dəstəkləməyəcəyik. Bu mövqe yaxın gələcəkdə də dəyişməyəcək”, – deyə kansler bildirib.