Modern.az

Türkiyədən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Türkiyədən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Dünya

Bu gün, 00:09

Türkiyə Rusiya və Ukraynanı Qara dəniz və Xəzər dənizində hərbi qarşıdurmadan çəkinməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan bəyanatda bildirilib.

İclas iştirakçıları, həmçinin İran ilə ABŞ arasında gərginliyin yenidən artmasının region ölkələri və qlobal ticarət marşrutları üçün ciddi risklər yaratdığını qeyd ediblər.

Bəyanatda bütün tərəflər güc tətbiqindən çəkinməyə, davamlı sülhün təmin olunması üçün danışıqlar masasına qayıtmağa çağırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi