İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrə əməkdaşlıq və göstərdikləri dəstəyə görə təşəkkür edib.
Modern.az xəbər verir ki, dövlət başçısı çıxışında İranın qonşuları ilə münasibətlərinin əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdığını bildirib.
Pezeşkianın sözlərinə görə, son müharibə zamanı planlardan biri ölkənin şimal-qərb və cənub-şərq istiqamətlərindən qarışıqlıq yaratmaq olub.
“İddia edilirdi ki, həmin istiqamətlərdən iğtişaşlar törədiləcək. Lakin region ölkələri buna imkan vermədilər. Onlar heç kimin öz əraziləri vasitəsilə İrana keçərək sabitliyi pozmasına şərait yaratmadılar”, – deyə prezident bildirib.
Pezeşkian vurğulayıb ki, qonşu dövlətlər təkcə belə cəhdlərin qarşısını almaqla kifayətlənməyib, eyni zamanda İrana müxtəlif formalarda yardım da göstəriblər.