Modern.az

“Rosatom” Buşehr AES-ə mütəxəssislərin geri qaytarılmasına BAŞLADI

“Rosatom” Buşehr AES-ə mütəxəssislərin geri qaytarılmasına BAŞLADI

Dünya

Bu gün, 17:09

“Rosatom” Buşehr AES-ə mütəxəssislərin geri qaytarılmasına başlayıb.

Modern.az xəbər verir ki, bununla bağlı “Rosatom”un rəhbəri Aleksey Lixaçov məlumat yayıb.

O bildirib ki, ilk beş mühəndis-texniki mütəxəssis artıq obyektə çatıb. Bununla da Buşehr Atom Elektrik Stansiyasında (AES) çalışan rusiyalı mütəxəssislərin sayı 25 nəfərə çatıb.

Qeyd edilib ki, “Rosatom” daha əvvəl İrandan təxliyə edilmiş bütün əməkdaşlarını mümkün qədər tez geri qaytarmağı planlaşdırır.

“Rosatom”un rəhbəri Aleksey Lixaçov bildirib ki, şərait imkan verərsə, şirkət artıq bu payızadək atom elektrik stansiyasındakı əməkdaşlarının sayını 100 nəfərə çatdırmağı planlaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada