Modern.az

Ukrayna 26 kəndi geri qaytardı

Ukrayna 26 kəndi geri qaytardı

Dünya

12 Avqust 2026, 18:04

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin bu ilin yanvar-avqust aylarında Aleksandrovsk istiqamətində uğurlu hücum əməliyyatı keçirdiyini bildirib.

Modern.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, əməliyyat nəticəsində Ukrayna ordusu 745 kvadratkilometr ərazini nəzarətə götürüb və Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərində yerləşən 26 kəndi geri qaytarıb.

Ukrayna lideri əməliyyat zamanı Rusiya qüvvələrinin azı 9 550 hərbçisinin öldürüldüyünü, 6 600-dən çox hərbçinin isə yaralandığını iddia edib. O, həmçinin əməliyyat nəticəsində Ukraynanın əsir mübadiləsi fondunun genişləndirildiyini bildirib.

Zelenski qeyd edib ki, hücum əməliyyatı əvvəlcədən hazırlanmış plana uyğun şəkildə həyata keçirilib. O, Ukrayna Silahlı Qüvvələrinin komandanlığının əməliyyatın nəticələri və bundan sonrakı addımlar barədə məruzə etdiyini bildirib.

Qeyd edək ki, açıqlanan ərazi və itkilərlə bağlı rəqəmlər Ukrayna tərəfinin məlumatlarıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!