Modern.az

Rusiya NATO ilə qarşı-qarşıya: 6 mümkün ssenari

Rusiya NATO ilə qarşı-qarşıya: 6 mümkün ssenari

Dünya

29 Avqust 2026, 19:14

Qərb hökumətləri uzun müddətdir Rusiya ilə NATO arasında hərbi toqquşma ehtimalı barədə xəbərdarlıq edir. Bununla belə, kəşfiyyat xidmətləri hesab edir ki, Moskva hazırda NATO ilə birbaşa münaqişədə maraqlı deyil. Lakin Rusiya gərginliyin tədricən artmasına səbəb ola biləcək hibrid əməliyyatlara və təxribatlara əl ata bilər.

Modern.az xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşri Rusiya ilə NATO arasında mümkün qarşıdurmanın 6 əsas ssenarisini açıqlayıb.

“Krım ssenarisi” – Baltikyanı ölkələrdə təxribatlar

Nəşrin yazdığına görə, Rusiya rusdilli əhalidən istifadə edərək onların guya təqib olunmasına etiraz adı altında aksiyalar təşkil edə bilər. Bu aksiyaların fonunda Rusiya agentləri, daha sonra isə hərbçilər Estoniyanın Narva və ya Latviyanın Dauqavpils şəhərləri kimi əraziləri ələ keçirməyə cəhd göstərə bilər. Ardınca Moskva “sülhün qorunması” bəhanəsi ilə bölgəyə qoşun yeridə bilər.

Birbaşa işğal

Ən təhlükəli, lakin ehtimalı ən aşağı ssenarilərdən biri Rusiyanın Belarus və Kalininqraddan eyni vaxtda hücuma keçərək Polşa ilə Litva arasındakı Suvalki dəhlizini nəzarətə götürməyə çalışmasıdır. Paralel olaraq Rusiya Baltikyanı ölkələri NATO-nun digər üzvlərindən təcrid etmək məqsədilə İsveçin Qotland adasına desant çıxara bilər.

“Təsadüfi” müdaxilə

Nəşrin mümkün ssenarilərindən birinə görə, Rusiya sərhəd yaxınlığında hərbi helikopterin məcburi enişi kimi hadisədən bəhanə kimi istifadə edə bilər. Daha sonra ekipajı və texnikanı xilas etmək məqsədilə NATO ölkəsinin ərazisinə “xilasetmə qrupu” göndərilə bilər. Oxşar üsul Polşa və ya Rumıniya ərazisinə daxil olan raket və dronlardan istifadə etməklə də həyata keçirilə bilər.

Saxta bayraq əməliyyatı

İddiaya görə, Kreml NATO ölkələrinə qarşı təxribat yaratmaq üçün ələ keçirilmiş və ya vurulmuş Ukrayna dronlarından istifadə edə bilər. Məsələn, Ukraynanın Rusiyaya qarşı hücumunun guya Polşa ərazisinə dronların düşməsi ilə nəticələndiyi görüntüsü yaradıla bilər. Məqsəd NATO ölkələri arasında fikir ayrılığı yaratmaq və onları Ukraynaya qarşı mövqeyə yönəltmək ola bilər.

Avropada diversiyalar

İnsan tələfatına səbəb ola biləcək diversiya aktları da mümkün ssenarilər sırasında göstərilir. Bunlara qatarın relsdən çıxarılması və ya sənaye obyektinə hücum kimi hallar aid edilir. Nəşr hesab edir ki, Moskva belə bir vəziyyətdə Qərbin sərt cavab verməyəcəyinə ümid edə bilər.

Kiberhücumlar

Digər mümkün ssenari Rusiyanın kritik infrastruktura, maliyyə bazarlarına və nəqliyyat sistemlərinə kiberhücumlar həyata keçirməsidir. Belə hücum nəticəsində böyük hava limanının fəaliyyətinin iflic edilməsi və ya fond birjasında panika yaradılması mümkündür.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...