Modern.az

Azərbaycanı ittiham edən politoloq İstanbulda öldü

Azərbaycanı ittiham edən politoloq İstanbulda öldü

Dünya

Bu gün, 11:03

Erməni politoloq və “Regional Araşdırmalar Mərkəzi” (RSC) təşkilatının rəhbəri Riçard Giraqosyan İstanbulda vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə ermənidilli Agos qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 61 yaşlı ekspert sentyabrın 19-da axşam saatlarında dünyasını dəyişib. Giraqosyan ötən həftə İstanbulda olarkən beyin qanaması keçirib və xəstəxanaya yerləşdirilib. O, uzun müddət reanimasiya şöbəsində müalicə olunub.

Giraqosyan uzun illər ərzində Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ məsələsi ilə bağlı açıqlamaları ilə tanınıb. Onun çıxışlarında Azərbaycanla bağlı sərt və tənqidi mövqelər, xüsusilə Qarabağ məsələsində Bakının siyasətinə qarşı ittihamlar yer alıb.

Politoloq Azərbaycanı Ermənistan üçün təhlükə kimi təqdim edən və Bakı ilə bağlı sərt mövqeyi müdafiə edən ekspertlərdən biri olub.

Giraqosyanın dəfn mərasiminin Ermənistanda keçiriləcəyi bildirilir.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı