Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçi ilə görüşdə regionda yaranmış böhranın diplomatik yolla həllinin alternativinin olmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirlən Lavrov-Araqçi görüşündən sonra məlumat yayıb.
Görüş jurnalistlər üçün heç bir ilkin açıqlama verilmədən başlayıb və daha sonra qapalı formatda davam edib.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, görüş zamanı mühüm regional və beynəlxalq məsələlər, xüsusilə İran ətrafında baş verən hadisələr müzakirə edilib. Tərəflər ABŞ və İsrailin İrana hücumu nəticəsində yaranmış böhranın diplomatik yolla həllinin alternativinin olmadığını vurğulayıblar.
Rusiya və İran xarici işlər nazirləri həmçinin sentyabrın 1-də Bişkekdə iki ölkə prezidentlərinin görüşü zamanı əldə edilmiş ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər.
Rusiya XİN-dən bildirilib ki, Sergey Lavrov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə ayrıca görüşdə İsrail və ABŞ-ın İranın dinc nüvə obyektlərinə zərbələrinin yolverilməz olduğunu vurğulayıb.