Modern.az

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Dünya

Bu gün, 14:44

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahan stresinə etiraz edən tələbələrin aksiyaları davam edir.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, təhsil naziri Eduard Jeffrey etirazlar başlayandan bəri 76 tələbə və təhsil işçisinin xəsarət aldığını bildirib.

Ötən həftə başlayan aksiyalarda tələbələr siniflərin həddindən artıq yüklənməsinə və müəllim çatışmazlığına etiraz edirlər.

Nümayişlər hökumətin 2027-ci il üçün sərt büdcə layihəsi hazırladığı dövrə təsadüf edir. Daha əvvəl aksiyalar zamanı 440 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!