Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Forumda Azərbaycanla Özbəkistan arasında dostluq və müttəfiqlik münasibətlərində parlamentlərin rolu, əməkdaşlığın istiqamətləri və gələcək perspektivləri müzakirə olunacaq.
Tədbirdə Milli Məclislə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027–2028-ci illər üçün “Yol xəritəsi”nin imzalanması nəzərdə tutulur.
Forum çərçivəsində iki ölkənin parlamentlərarası əməkdaşlıq komissiyasının ilk iclası da keçiriləcək.
