Modern.az

Qusarda itkin düşən 14 yaşlı oğlanın meyiti tapılıb

Qusarda itkin düşən 14 yaşlı oğlanın meyiti tapılıb

Hadisə

3 Fevral 2020, 18:21

İki gün əvvəl itkin düşən 14 yaşlı oğlanın meyiti transformatordan tapılıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 14.04.2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...