Modern.az

Şəmkir sakini Rusiyada həmkəndlisini qətlə yetirdi

Şəmkir sakini Rusiyada həmkəndlisini qətlə yetirdi

رویداد

25 Avqust 2021, 00:31

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Moskva şəhərində yerləşən “Fud siti” bazarında qeydə alınıb.

 

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

 

Araşdırma zamanı məlum olub ki 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, qətlə yetirilən R.Quliyev ailəli idi, üç övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı