Modern.az

Hamilə bacısını bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB 

Hamilə bacısını bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB 

Hadisə

20 Yanvar 2023, 00:38

Bakının Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

 

***

Bakının Sabunçu rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Yefim Saratov küçəsində baş verib.

 

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

 

Daha sonra o kürək nahiyyəaindən bıçaqlanıb.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda o, cərrahi əməliyyat edilir.

 

Qeyd edək ki, Y.Qasımova hamilədir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır