Modern.az

Sürücü sükan arxasında ÖLDÜ

Sürücü sükan arxasında ÖLDÜ

Hadisə

11 Fevral 2023, 17:42

Sumqayıtda 54 yaşlı sürücü sükan arxasında dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

 

Belə ki, "Saray körpüsü" adlanan avtomobil yolunda hərəkətdə olan minik vasitəsinin sürücüsü, Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Mikayılzadə Orxan Piri oğlu qəflətən özünü pis hiss edib və sükan arxasında dünyasını dəyişib.

 

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!