Modern.az

Ötən il evə basqın edən maskalı şəxslər saxlanıldı

Ötən il evə basqın edən maskalı şəxslər saxlanıldı

Hadisə

15 Fevral 2023, 11:52

Ağstafa Rayon Polis Şöbəsinə ötən il dekabrın 18-də şəhər ərazisindəki evlərin birinə girən maskalı 2 nəfərin ev sahibəsini bıçaqla hədələyərək 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə talamaları barədə daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.

 

Bu barədə Modern.az-a DİN-dən məlumat verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Pərviz Yolçuyev və Ümid Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri