Modern.az

Sumqayıtda təlim maşını yandı

Sumqayıtda təlim maşını yandı

Hadisə

13 May 2024, 08:06

Sumqayıt şəhərində təlim maşını yanıb.

Modern.az xəbər verir ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayeva Səbinə Siyavuş qızının idarə etdiyi təlim mərkəzlərinin birinə məxsus “Kia” markalı avtomobil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğın söndürülüb və ətraf maşınlara keçməsinin qarşısı alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV