Modern.az

Beyləqanda 6 otaqlı ev yanaraq kül oldu

Beyləqanda 6 otaqlı ev yanaraq kül oldu

Hadisə

Bu gün, 09:18

Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Modern.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV