Modern.az

Oğuzda ağac aşdı, 15 kənd işıqsız qaldı

Oğuzda ağac aşdı, 15 kənd işıqsız qaldı

Hadisə

30 May 2026, 01:15

Oğuz rayonunda güclü küləyin yaratdığı fəsadlar səbəbindən bir çox kəndlərə elektrik veirlişində problem yaşanır.

Modern.az-ın məlumatına görə, külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.

Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb.

Hadisələr səbəbindən Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

(Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!