Modern.az

31 yaşlı kişini daşla vurdu 

31 yaşlı kişini daşla vurdu 

Hadisə

4 Avqust 2026, 22:29

Zaqatalada 31 yaşlı kişiyə daşla xəsarət yetirən şəxs saxlanılıb.

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, rayonun Aşağı Tala kənd sakini 42 yaşlı Elgün Qardaşov və Yuxarı Tala kənd sakini 31 yaşlı Əhməd Əhmədov arasında şəxsi münasibətlər zəminində dava baş verib.

Dava zamanı E. Qardaşov Ə. Əhmədovun baş nahiyəsinin arxa hissəsindən daşla xəsarət yetirib.

Ə. Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirlib.

Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan E. Qardaşov saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?