Modern.az

"Mercedes" işıq dirəyinə çırpıldı: Ana öldü, oğlu ağır yaralandı

"Mercedes" işıq dirəyinə çırpıldı: Ana öldü, oğlu ağır yaralandı

Hadisə

6 Avqust 2026, 17:05

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı