Modern.az

“Torqovı”da restoran yanır - FOTO

“Torqovı”da restoran yanır - FOTO

Hadisə

7 Avqust 2026, 15:14

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş verən yanğın Fövqəladə Halar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.

FHN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanğın nəticəsində binanın birinci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən üçünün yanar konstruksiyaları 120 kvadratmetr sahədə, eləcə də ikinci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı mənzilin döşəməsi yanıb. Binanın böyük hissəsi yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

***

12:24

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Əlavə məlumat veriləcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı