Modern.az

15 yaşlı yeniyetmə kanalda boğulub öldü

15 yaşlı yeniyetmə kanalda boğulub öldü

Hadisə

7 Avqust 2026, 19:11

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı