Modern.az

Laçında yanğın olub

Laçında yanğın olub

Hadisə

7 Avqust 2026, 20:43

Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində quru ot və kol-kos olan ərazidə qeydə alınıb.

Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yaşayış evlərinə keçməsinin və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Nəticədə evlər yanğından mühafizə olunub.

Yanğın zamanı təxminən 200 kvadratmetr sahədə quru ot və kol-kos yanıb. Görülən tədbirlər nəticəsində yanğın tam söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı