Modern.az

Cəlilabadda iki həyətyanı sahə və tövlə yandı

Cəlilabadda iki həyətyanı sahə və tövlə yandı

Hadisə

Bu gün, 11:38

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində kənd sakinlərinə məxsus iki həyətyanı sahədə quru otlar və bir tövlə yanıb.

Kənd sakinləri bildiriblər ki, yanğın hadisəsi ərazidən keçən yüksəkgərginlikli elektrik naqillərinin birləşməsi nəticəsində baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada