Modern.az

Saray qəsəbəsində zəncirvari qəza olub - FOTO

Saray qəsəbəsində zəncirvari qəza olub - FOTO

Hadisə

8 Avqust 2026, 21:43

Abşeron rayonunun Saray qəsəbəsində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az report-a istinadən xəbər verir ki, qəza Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, "BYD" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan "Chevrolet" yol kənarında dayanmış "Ford" və "Range Rover" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?