Budapeşt metrosunun xətlərindən birində sərnişinlər stansiyada yaralı vəhşi qabanın görünməsi səbəbindən təxliyə edilib.
Modern.az xəbər verir ki, bu barədə Portfolio.hu yazıb.
Heyvan əvvəlcə bir çörək sexində görülüb, daha sonra “Layoş Koşut meydanı” stansiyasına enib. Qaban qısa müddətə vaqona da girib, lakin sərnişinlər xəsarət almayıb.
Nəqliyyat polisinin əməkdaşı qabanı görərək maşinistə xəbərdarlıq edib. Sərnişinlərdən vaqonlara qayıtmaları xahiş olunub. Stansiyanın ətrafı mühasirəyə alınıb. Heyvan qatardan çıxaraq relslərin olduğu hissəyə enib. Daha sonra onu fövqəladə halların aradan qaldırılması xidmətinin əməkdaşları tutublar.
Baytar müayinəsi zamanı qabanın yaralı olduğu müəyyən edilib. Heyvanın şəhərə necə gəldiyi məlum deyil.
Metro hərəkəti bərpa olunub. Hadisə digər metro xətlərinin fəaliyyətinə təsir göstərməyib.