Bakıdakı klinikalardan birində qeyri-adi cərrahiyyə əməliyyatı gerçəkləşdirilib.
Modern.az xəbər verir ki, bu əməliyyat çəkisi 212 kq olan pasiyent üzərində aparılıb.
Bu barədə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasından bildirilib.
Pasiyentin ad-soyadı anonim saxlanılıb.
“Bariatrik-metabolik cərrahiyyə qarşısıalınmaz piylənmə ilə mübarizə apara bilməyən və ya müxtəlif müalicə üsullarının effektsiz olduğu halda arıqlamaq üçün ən son çarədir .
Amma unutmamaq lazımdır ki, 212 kq.-lıq pasiyenti əməliyyata hazırlayıb, əməliyyat edib sağ-salamat evə yol salmaq böyük bir komandanın çox ciddi səyləri nəticəsində olur”, - açıqlamada qeyd edilib.