Modern.az

24 yaşlı qadının qətlinin təfərrüatı məlum olub

24 yaşlı qadının qətlinin təfərrüatı məlum olub

Hadisə

Bu gün, 14:44

Bakıda 24 yaşlı qadının qətlinin təfərrüatı məlum olub.

Modern.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayan, 1986-cı il təvəllüdlü Müseyib Əhmədov iki il əvvəl ailəsindən boşanıb və həmin qəsəbədə kirayədə yaşayan 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadə ilə tanış olub. Fatimə isə Sulutəpədə yaşasa da, Binə qəsəbəsindəki kafelərdən birində işləyirmiş.

Daha sonra onlar sevgili kimi birlikdə yaşamağa başlayıblar. Müseyib Fatimənin kirayədə qaldığı evdə onunla birlikdə qalmaq qərarına gəlib. Məlumata görə, bir neçə gün əvvəl cütlük arasında mübahisə yaşanıb və Müseyib evə gəlməyib. Dünən axşam saatlarında Müseyib evə gəlib və Fatimənin evdə olmadığını görüb. O, Fatiməyə zəng etsə də, qadın cavab verməyib. Müseyib Fatimənin işlədiyi yerə - Xəzər rayonunun Binə qəsəbəsindəki kafeyə gedib. O, kafenin yaxınlığındakı dayanacaqda Fatimə ilə rastlaşıb. Fatimə ayrıldıqlarını və bir daha onu narahat etməməsini istəyib. Nəticədə sevgililər arasında mübahisə yaranıb. Mübahisə zamanı Müseyib üzərində gəzdirdiyi bıçaqla Fatiməyə bir neçə zərbə endirib.

Fatimə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.


***

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 24 yaşlı qadının qətlinin anbaan görüntüsü yayılıb.

Sizə yeni x var
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az