Modern.az

Bakı-Qazax yolunda ağır qəza: 3 ölü, 2 yaralı

Bakı-Qazax yolunda ağır qəza: 3 ölü, 2 yaralı

Hadisə

Bu gün, 15:23

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.

Modern.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir", məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az