Modern.az

“Qarabağ” Ovusunu da satdı

“Qarabağ” Ovusunu da satdı

İdman

30 Yanvar 2023, 13:44

“Qarabağ” klubu qanalı forvardı Kvabena Ovusunu satıb.

 

Modern.az xəbər verir ki, əcnəbi futbolçu Macarıstanın “Ferentsvaroş” klubuna keçib.

 

Ötən ay klubla müqavilə imzalayan hücumçunun yayda Budapeşt təmsilçisinə qoşulacağı gözlənilirdi. Lakin macarların çalışdırıcısı Stanislav Çerçesovun onu sərəncamında tez görmək istəməsi, Ovusunun gedişinə səbəb olub.

 

Belə ki, “Qarabağ” 350 min avro (647 min manat) qarşılığında Ovusunun bu ay “Ferentsvaroş”a keçməsinə şərait yaradıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV