Modern.az

İrəvanda qızıl medal qazandı, Azərbaycana həsr etdi - VİDEO

İrəvanda qızıl medal qazandı, Azərbaycana həsr etdi - VİDEO

İdman

15 Aprel 2023, 21:59

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatda Türkiyə idmançısı Cansu Bektaş qızıl medal qazanıb.

 

Modern.azxəbər verir ki, 45 kiloqram çəki dərəcəsində yarışan türkiyəli atlet İrəvanda çempion olub. 

 

Belə ki, Bektaş 72 kiloqram qaldıraraq Avropa gənclər rekordunu qırıb. O, “TRT”ə müsahibəsində qazandığı qələbəni Azərbaycana həsr etdiyini bildirib.

 

Qeyd edək ki, Avropa çempionatının dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız yarışmaqdan imtina ediblər.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV