Modern.az

“Qarabağ”ın oyununa 18 500 bilet satılıb

“Qarabağ”ın oyununa 18 500 bilet satılıb

İdman

19 İyul 2023, 12:48

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi oyuna 18 500 bilet satılıb.

 

Bu barədə Modern.az-a klubdan məlumat verilib.

 

Bildirilib ki, bu gün təxminən 68 000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

 

Görüş saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV