Modern.az

Cüdoçumuz qızıl medal qazandı

Cüdoçumuz qızıl medal qazandı

İdman

11 Noyabr 2023, 14:00

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.

 

Modern.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.

 

Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.

 

Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir