Modern.az

“Formula 1”də mövsümə yekun vuruldu

“Formula 1”də mövsümə yekun vuruldu

İdman

26 Noyabr 2023, 18:46

“Formula 1” üzrə dünya çempionatında 2023 mövsümünə yekun vurulub.

 

Modern.az xəbər verir ki, mövsümün son Qran-prisi Əbu-Dabidə keçirilib.

 

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 23-cü mərhələnin də qalibi olub. Bununla üçqat dünya çempionu mövsüm ərzində 19-cu, ümumilikdə isə 54-cü qələbəsini qazanıb.

 

İkinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub. İlk “üçlüy”ü “Mercedes”in sürücüsü Corc Rassell qapayıb.

 

Beləliklə, Maks Ferstappen 575 xalla pilotların, “Red Bull” isə 860 xalla komandaların yarışında mövsümü zirvədə başa vurub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV