Modern.az

Joze Mourinyo "Fənərbağça"ya baş məşqçi GƏTİRİLDİ

Joze Mourinyo "Fənərbağça"ya baş məşqçi GƏTİRİLDİ

İdman

31 May 2024, 13:00

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi olacaq.

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "Corriere dello Sport" nəşri məlumat yayıb.

Joze Mourinyonun "Fənərbağça" ilə 2 illik müqavilə bağlayacağı bildirilib.

Məlumata görə, İstanbul klubu portuqaliyalı mütəxəssislə anlaşdıqlarını bu gün rəsmən açıqlayacaq.

Qeyd edək ki, 61 yaşlı portuqaliyalı məşqçi bu ilin yanvarında İtaliyanın "Roma" klubundan istefaya göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər