Modern.az

Boksçumuz finalda

Boksçumuz finalda

İdman

2 Avqust 2025, 10:57

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.

Modern.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kiloqram) də rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!