Modern.az

Hidayət Heydərov gümüş medal qazandı

Hidayət Heydərov gümüş medal qazandı

İdman

17 Aprel 2026, 16:50

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə məğlub olan Olimpia çempionu ikinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV