Almaniyanın “Stutqart” klubunun baş məşqçisi Sebastian Hönes “Real Madrid” komandasının sükanı arxasına gətirilməyə əsas namizəd hesab olunur.
Modern.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, alman mütəxəssis mövsüm başa çatdıqdan sonra “Kral klubu”na baş məşqçi təyin edilə bilər. Madrid klubunun rəhbərliyi Hönesin oyun üslubunu və əldə etdiyi uğurları yüksək qiymətləndirir.
Sebastian Hönesin “Ştutqart”la mövcud müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. O, 2023-cü ildən komandaya rəhbərlik edir və onun rəhbərliyi altında klub 2024/2025 mövsümündə Almaniya kubokunu qazanıb.
“Real Madrid”in hazırkı baş məşqçisi Alvaro Arbeloadır. O, 2026-cı ilin yanvarında bu postda təyinat alıb. Lakin komandanın bu il Çempionlar Liqasında uduzaraq kənarda qalması klub rəhbəliyini yeni baş məşqçi axtarmağa məcbur edib.