Modern.az

Açıq-aydın əl ilə oyun idi - Qurban Qurbanov

Açıq-aydın əl ilə oyun idi - Qurban Qurbanov

İdman

22 Aprel 2026, 23:10

“Mənim fikir bildirməyim fərqli alınar, amma yaxından da, uzaqdan da görünür ki, əl dəydi”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis mübahisəli penalti epizodunu belə şərh edib:

“Əl ilə oyun idi açıq-aydın. Yəqin ki, açıqlama verəcəklər. Son saniyədə belə olması mübahisəli epizodlara gətirib çıxarır. Penalti başqa necə olur?”

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!